"Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda 2010-cu ildə keçirilən nüvə təhlükəsizliyi sammitinə dəvət almaması Ağ Evin diqqətsizliyi idi”.
Virtualaz.org bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza "Vestnik Kafkaza"-nın müxbiri ilə söhbətində deyib.
"Deyə bilərəm ki, ABŞ prezident İlham Əliyevi Barak Obamanın 2010-cu ildəki ilk nüvə sammitinə dəvət etməməklə böyük səhv edib. Baxmayaraq ki, Ermənistan və Gürcüstan prezidentləri dəvət edilmişdi. Bu diplomatik səhv Ağ Evin diqqətsiz işinin nəticəsi idi”, - deyə amerikalı diplomat fikrini daha dəqiq çatdırmağa çalışıb.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi Vaşinqtonda keçiriləcək 4-cü nüvə təhlükəsizliyi sammitinə dəvət edib.
Bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov məlumat verib.
.