Artıq heç kimə sirr deyil ki, Azərbaycanda orta səviyyəli məmurlar da özlərini ərəb şeyxləri kimi aparırlar. Bunda da təəccüblü heç nə yoxdur. Çünki onların dövlətdən və xalqdan mənimsədikləri sərvət heç də ərəb şeyxlərinin sərvətlərindən geri qalmır. Bunu onların həyat səviyyəsi, mülk və villaları, maşınları da sübut edir.
İşin faciəli tərəfi isə odur ki, bu gün Azərbaycanda elə məmurlar da var ki, öz xeyirləri və biznesləri naminə ölkə ekologiyasını açıq şəkilə məhv edirlər. Bu barədə faktxeber.com-un məlumatına görə, Bakı şəhər Beynəlxalq Avtovağzalının girəcəyində, hündür, görkəmli bir yerdə 30-40 illik ağacları kəsərək yerində ««Karona» pub.restaurant» adlanan restoran tikiblər. Restoranı tikən isə orta səviyyəli, heç kimin tanımadığı bir məmurdur. O, 3 saylı Metrotuneltikinti İdarəsinin rəisi Biləndər Məsiyevdir.
.
