
24 yaşlı gəncin intihara cəhdinin səbəbi dəqiqləşdirilib. İlkin məlumata görə, Şəhriyar Şahmarov sevdiyi qızdan rədd cavabı alıb və körpüyə də bu səbəbdən çıxıb.
Başqa bir məlumata görə isə, Şəhriyar Şahmarovun tanışına 6500 manat borcu var. Onun intiharının mümkün səbəblərindən biri də budur. O, asma körpünün yanına qardaşı ilə gəlib. Qardaşlardan biri körpüyə çıxıb, digəri isə əvvəlcədən razılaşdırıldığı kimi polisə xəbər verib
.