Bu gün səhər saatlarında metroda partlayış törətməkdə təqsirli bilinən Akbarjon Cəlilovun ailəsi Sankt-Peterburqa gətirilib.
Rusiya KİV-ləri xəbər verir ki, Cəlilovun ailəsi vətəni Qırğızıstanın Oş şəhərindən gətirilib. Bundan əvvəl, ailə qırğız xüsusi xidmət orqanlarına ifadə vermişdi.
Hazırda Akbarjon Cəlilovla əlbir olan şəxslərin axtarışları da aparılır.
3 aprel tarixində Rusiyanın Sankt-Peterburq şəhər metrosunda baş verən 2 partlayış nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb.
