İran paytaxtında yeni tikilən metro tunelində çökmə baş verib. Faciə nəticəsində 3 fəhlə həlak olub, 6-sı yaralanıb.
16 nəfərin isə itkin düşdüyü bildirilir. Qeyd edilir ki, Tehran metrosunda 180 km uzunluğunda 5 xətt mövcuddur. 2018-ci ilədək daha iki xətti tikmək planlaşdırılır.
Verilən xəbərdə uçan tunelin hələ istifadəyə verilmədiyi qeyd edilir. (moderator.az)
.
