"Bakı Metropoliteni” QSC tərəfindən "20 Yanvar” faciəsi ilə bağlı xüsusi hazırlıq planı təsdiq olunub.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
"Ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək. Bu il də bütün stansiyalar qərənfillərlə bəzədiləcək, təsdiq olunmuş plana əsasən hazırlıqlar aparılır. Həmin gün vaqonlarda musiqi səsləndirilməyəcək. "20 Yanvar” stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək. 12:00-da bütün qatarlar dayandırılacaq. Bir dəqiqəlik sükutla faciə qurbanları yad ediləcək. Qatarlar fit verəcək”. /Publika.az/
.