Bakı metrosunun stansiya keçidlərində ticarət fəaliyyəti ilə məşğul olan iş adamları Metropoliten İdarəsinin ("Elmlər Akademiyası” stansiyası) qarşısında etiraz aksiyasına çıxıb. İş adamlarının etirazına səbəb Metropolitenin yeni rəisi Zaur Hüseynovun stansiya keçidlərində ticarəti tamamilə ləğv etdirməsidir.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, polis etirazçıları ərzidən uzaqlaşdırmağa çalışır. Qarşıdurma yaranıb. Saxlanılanların olduğu deyilir.
*** 12 : 25
Bu gün səhər saatlarından başlayaraq, Bakı Metropoliteninin "Gənclik”, "Qara Qarayev”, "20 Yanvar”, "Neftçilər” və "Nəriman Nərimanov” stansiyalarında dükanların söküntüsunə start verilib.
Bu barədə sahibkarlara xəbərdarlıq edilib. Sahibkarlar martın 31-nə kimi icarə haqqını ödədiklərini desələr də, bu heç bir fayda verməyib. Buna görə də, onlar "Elmlər Akedemiyası” stansiyasına toplaşaraq, etiraz edəcəklərini bildiriblər.
