Baş Prokurorluğun Xüsusilə Ağır Cinayətlər üzrə İstintaq İdarəsi Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın əmlakına həbs qoydurub.
Yenizaman.az-ın məlumatına görə, bu barədə yerli mediaya hüquq müdafiəçisi özü məlumat verib.
M.Əzizovanın sözlərinə görə, bununla bağlı qərar həmin idarənin təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Xatırladaq ki, adı qalmaqallı "Yunusların erməni işi” üzrə keçən əsas şəxslərdən biri M.Əzizovadır. O, bu işlə bağlı ilk ifadəsini verəndən dərhal sonra Azərbaycandan qaçıb.
Məlumatlara görə, Yunuslara məxsus maliyyə körürmələrinin xeyli hissəsi məhz M.Əzizovanın rəhbərlik etdiyi QHT-nin bank hesabı vasitəsi ilə həyata keçirilib.
.