Honkonqun Böyük İdman Tədbirləri Komitəsi (MSEC) yerli çempionatın “All star” komandasının “İnter Mayami” ilə yoldaşlıq oyununun təşkilatçılarına ayrılan maliyyəni kəsəcəyini vəd edib.

Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə “İnter Mayami”yə 1:4 hesabı ilə uduzub. Amerika komandasının əsas ulduzu Lionel Messi ehtiyat oyunçular skamyasında qalıb və bu səbəbdən tamaşaçılar birbaşa oyun zamanı tribunadan öz tələblərini səsləndirərək biletlərə verilən pulun qaytarılmasını tələb ediblər.

Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar. Oyundan sonra “İnter Mayami”nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, onu fitə basıblar. Qarşılaşmaya 38 minə yaxın adam qatılıb. Qeyd olunur ki, bu matça biletin qiyməti təxminən 108 dollar (183,6 manat – red.) olub.

Mənbə: Reuters

.