ABŞ-ın “İnter” (Mayami) klubuna transfer olunan Lionel Messinin ailəsi ilə birlikdə alış-veriş üçün bu ölkədəki marketlərdən birinə yollanıb.

Yenizaman xəbər verir ki, alış-veriş zamanı ulduz futbolçunun xanımı Antonella Rokutsa diqqət mərkəzinə düşüb. 

Belə ki, o, marketdə olan zaman üzərində Kriştiano Ronaldonun reklamı olan şampuna baxıb. Həmin vaxt Messinin ona baxışları kameraların diqqətindən yayınmayıb. 

Argentinalı ulduzun rahat şəkildə marketə gəlməsi də ABŞ-da səs-küylə qarşılanıb. Daha sonra Messi şəhərə çıxıb və ailəsi ilə birlikdə gəzib. Bu həm də insanların təəccübünə səbəb olub. 

 





.