
"Barselona" klubunun hücumçusu Lionel Messi bir sıra rekordları ilə diqqət mərkəzinə düşüb.
Argentinalı futbolçu geridə qalan 10 il ərzində bir sıra oyunçuların rekordlarını yeniləyib.
Messinin rekordunu yenilədiyi futbolçuların siyahısı belədir:
1. Messi "Qızıl top" mükafatını 4 dəfə qazanan ilk futbolçu olub. Ona qədər Yohan Kroyf, Marko van Basten və Mişel Platini 3 dəfə "Qızıl top" mükafatına yiyələnib.
2. 2012-ci ildə "Barselona" forması altında 91 qol vuran Messi Qerd Mülleri (85 qol) geridə qoymaqla Ginnesin rekordlar kitabına düşüb.
3. Çempionlar Liqasında 76-cı qolunu vuran Messi "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesi (71 qol) geridə qoyub.
4. La Liqada 253 qol vuran Messi keçirdiyi 278 oyunda 251 dəfə fərqlənən "Atletik" (Bilbao) klubunun sabiq futbolçusu Telmo Zarranı geridə qoyub.
5. 2011/2012 mövsümündə İspaniya La Liqasında 50 qol vuran Messi "Dinamo" (Buxarest) klubunun sabiq hücumçusu Dudu Qeorqeskunu (1976/77 mövsümündə 47 qol vurub) geridə qoyub.
6. "Barselona"da keçirdiyi 291 rəsmi oyunda 256 qol vuran Messi bu göstərici ilə komandanın sabiq hücumçusu Sezar Rodriqez Alvaresi (287 oyuna 192 qol) geridə qoyub.
7. "Barselona" forması ilə avrokuboklarda 80 qol vuran Messi komandanın sabiq futbolçusu Rivaldonu (31 qol) geridə qoyub.
8. "El-Klassiko"da 21 qol vuran Messi "Real" (Madrid) klubunun canlı əfsanəsi Alfredo di Stefanonu (18 qol) geridə qoyub. (qol.az)
.