ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messinin MLS-də debüt edəcəyi oyun təxirə salınıb.
“Komandanın “Şarlott”la avqustun 21-nə təyin olunan görüşü həmin tarixdə baş tutmayacaq.
Buna səbəb “İnter Mayami”nin Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda mübarizəni davam etdirməsidir. Mayami təmsilçisi 1/4 final mərhələsində məhz “Şarlott”la üz-üzə gələcək. 3-cü yer uğrunda görüş və final matçı avqustun 19-da keçiriləcəyindən, hər iki komandanın sona qədər irəliləmək şansı var. Bunu nəzərə alan təşkilatçılar MLS oyununu qeyri-müəyyən müddətə təxirə salıblar.
“İnter Mayami”nin MLS-dəki sonrakı qarşılaşması avqustun 26-da “Nyu York Red Bulls”a qarşı olacaq.
.