Madridin “Real” klubunun “Barselona”nın kapitanı Lionel Messi ətrafında cərəyan edən hadisələrə münasibəti məlum olub.

İspaniyada çıxan “Marca” gündəlik idman nəşri yazır ki, “Real” klubu argentinalı futbolçu ilə müqavilə imzalamaq ehtimalı üzərində düşünmür.

Bir neçə il əvvəl belə bir təklif irəli sürülüb. Amma bu yay “Kral” klubunun yeganə məqsədi futbolçularını satmaqdır.

“Real” klubunun rəhbərliyi hesab edir ki, argentinalının “Barselona”dan ayrılması Madrid təmsilçisi üçün göründüyü qədər yaxşı deyil, çünki belə olan təqdirdə Kataloniya klubunun hesablarına əlavə 100 milyon avro (201,140,000 manat) vəsait daxil olacaq.

Bu vəsait hesabına “Barselona” rəhbərliyi klubda yenidənqurma işləri aparacaq.

.