İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Bartomeu ilə komandanın kapitanı Lionel Messinin atası və agenti Xorxe Messi görüşüblər. 

Sports.ru “Sport.es” nəşrinə istinadən məlumat verir ki, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. 

Belə ki, Bartomeu Messiyə 2 illik müqavilə təklif etmək istədiklərini söyləyib. Futbolçunun atası isə oğlunun komandadan gedişi ilə bağlı rəhbərliklə razılıq əldə etmək istəyib. 

Xorxe Messi görüşdən sonra jurnalistlərə oğlunun klubda qalmayacağı ilə bağlı qısa açıqlama edib. 

.