"Barselona"nın futbolçusu Lionel Messi üçün İspaniya La Liqasında "Deportivo"ya qarşı matç (4:0) əlamətdar olub.
Argentinalı hücumçu sözügedən oyunda üç qol vuraraq rəsmi görüşlərdə 30-cu het-trikinə imza atıb.
Bundan başqa, La Liqada het-triklərini sayını 22-ə yüksəldən Messi Alfredo Di Stefano və Telmo Zarraya çatıb.
Qeyd edək ki, La Liqada ən çox het-trik edən oyunçu "Real"ın futbolçusu Kriştiano Ronaldodur (23).//qol.az
.