Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Avropanın top-5 liqalarında çıxış edən ən bahalı futbolçuların adlarını açıqlayıb.

İspaniyanın "Real Madrid" klubunda çıxış edən Vinisius Junior birinci pillədə göstərilib. 22 yaşlı braziliyalı hücumçunun transfer qiyməti 166,4 milyona avro göstərilib.

İngiltərə "Mançester Siti"sindən Fil Foden (152,6 milyon avro) ikinci, Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holann (142,5 milyon avro) isə üçüncü olub.

100 futbolçudan ibarət siyahıya Fransa PSJ-sindən Lionel Messi, Almaniya "Bavariya"sından Robert Levandovski və İngiltərənin "Mançester Yunayted" klubundan Kriştianu Ronaldu düşməyib. 100-cü sırada yer alan İngiltərə "Tottenhem"inin futbolçusu Son Xın Minin qiyməti 50,2 milyon avro göstərilib.

.