
Argentina yığmasının kapitanı Lionel Messi karyerasını başa vurmasından danışaraq, bunun bitməsini istəmədiyini bildirib.
Bu barədə Argentina millisinin Mətbuat Xidməti məlumat yayıb.
"Bunun heç bitməsini istəmirəm. Amma anlayıram ki, o an yaxınlaşır. Lazım olanda baş verəcək. Hələlik hər şey addım-addım gedir, bu günü yaşayıram", - deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl o, DÇ-2026-nın seçmə mərhələsində Venesuela ilə keçirilən oyunda (3:0) iştirak edib. Bu görüş Messinin millidəki karyerasında son ev oyunu ola bilər.
.