İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi indiyədək birgə çalışdığı baş məşqçilərdən ən yaxşılarını açıqlayıb. "Report"un məlumatına görə, argentinalı hücumçu Xosep Qvardiola ilə Luis Enrikeni fərqləndirib.

35 yaşlı forvard bildirib ki, Qvardiola xüsusilə seçilir: "Pep sizi hər şeyə fərqli bucaqdan yanaşmağa məcbur edir. Hazırlığı, müdafiə və hücumdakı taktiki göstərişləri o, dəqiqliklə izah edirdi. Qvardiola və Enrike ilə işlədiyim üçün şanslıyam. Bu iki baş məşqçi ən yaxşılarıdır. Onlar mənim futbolçu kimi böyüməyimə xeyli kömək etdilər və taktiki planda çox şey öyrətdilər".

Qeyd edək ki, Xosep Qvardiola "Barselona"da 2008 - 2012-ci, Luis Enrike isə 2014 - 2017-ci illərdə baş məşqçi olub.

.