Argentina yığmasının hücumçusu Səudiyyə Ərəbistanı ilə hazırda davam edən qarşılaşmaya start heyətində çıxıb.

Bu, Lionelin iştirak etdiyi 5-ci dünya çempionatıdır. Cənubi amerikalı bu göstəricidə rekorda şərik çıxıb.

Messi 5 mundialda meydana çıxan 5-ci oyunçudur. Ona qədər Antonio Karvaxal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya) və Canluici Buffon (İtaliya) buna nail olub.

Qeyd edək ki, Messi 2006, 2010, 2014 və 2018-ci illərdə də mundialda meydana çıxıb. Eyni çempionatların iştirakçısı olan Kriştiano Ronaldo da Qətərdə meydana çıxmaqla rekorda şərik çıxmaq imkanına malikdir.

Messi qol sayında Ronaldoya çatıb

Qətərdə keçirilən dünya çempionatının ilk turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Argentina 1:0 hesabı ilə öndədir.

Görüşün 10-cu dəqiqəsində penaltidən fərqlənən Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messi mundiallardakı qol sayını 7-yə çatdırıb.

35 yaşlı superulduz buna 20-ci matçında nail olub. Messi bununla Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldoya çatıb. 37 yaşlı forvard isə 17 görüşdə 7 dəfə fərqlənib.

Qeyd edək ki, C qrupunda yer alan Argentina yığmasının digər rəqibləri Meksika və Polşadır.

.