"TRIPP kimi layihələrdə müxtəlif tərəflər var, əsas danışıqlar Ermənistan və ABŞ arasında keçirilir”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ABŞ-dan olan tərəfdaşlar Azərbaycan tərəfini mütəmadi məlumatlandırır: “Bu çox təbiidir. Çünki Azərbaycanın iştirakı olmadan bu layihənin icrası mümkünsüzdür. Bizə verilən məlumat ondan ibarətdir ki, bu işlər davam etdirilir. Fiziki işlərin başlanması 2027-ci ilə keçiriləcək. Biz hesab edirik ki, bu layihə nə qədər tez həyata keçirilsə, o qədər yaxşıdır. Bunun tək Azərbaycana deyil, Ermənistana və region dövlətlərinə faydası var”.

.