Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində doğma meydanda Uruqvaya məğlubiyyətin səbəblərini açıqlayıb.
ABŞ-nin “İnter Mayami” klubunun formasını geyinən 36 yaşlı hücumçu oyunlarının alınmadığını söyləyib.
“Hansı komanda ilə qarşılaşacağımızı bilirdik. Bizə oynamaq çətin idi. Rəqib intensiv oynayır, fiziki cəhətdən güclü və sürətli futbolçuları var. Özümüzü rahat hiss etmirdik. Ayağa qalxmalı və Braziliyada yaxşı futbol oynamalıyıq”, - deyə Messi bildirib.
Argentina yığması Cənubi Amerika zonasında V turdan sonra 12 xalla liderdir. Xallarının sayını 10-a çatdıran Uruqvay millisi isə ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, bu, Argentina millisinin son 66 ildə DÇ-nin seçmə mərhələsində 5-ci ev məğlubiyyətidir. Mundialın son qalibləri daha əvvəl Kolumbiya (1993), Braziliya (2009), Ekvador (2015) və Paraqvaya (2016) uduzub.
.