Fransanın PSJ futbol komandasının argentinalı hücumçusu Lionel Messi Çempionlar Liqasının II turunun matçında İsrailin “Makkabi”sinin qapısına qol vuraraq növbəti rekorda imza atıb.

Qarşılaşma Hayfadakı (İsrail) “Semmi Ofer” stadionunda baş tutub.

“Qızıl top” mükafatının yeddi qat qalibi İsrail klubu ilə görüşdə 37-ci dəqiqədə hesabı bərabərləşdirib. Beləliklə, futbolçu Çempionlar Liqasında 39 komandaya qol vuraraq turnir rekorduna imza atıb.

Bu oyundan əvvəl Lionel Messi və portuqaliyalı hücumçu Kriştiano Ronaldonun aktivlərində 38 komanda var idi.

Xatırladaq ki, portuqaliyalı Çempionlar Liqasının cari mövsümündə çıxış etmir.

.