Dünya şöhrətli müğənni Ledi Qaqa sevimli itinin "qurbanı” olub.
Yenizaman.Az Anspress.com-a istinadən xəbər verir ki , sənətindən daha çox əcaib hərəkətləri ilə yadda qalan məşhur müğənni Ledi Qaqaya bit darışdığı bildirilir.
Son olaraq "Qremmi 2015” mükafatlandırma mərasimində geyindiyi sinə dekolteli qiyafə ilə hamının diqqətini çəkmiş müğənninin bir neçə gün əvvəl xoşagəlməz halla rastlaşdığı deyilir. Bu barədə müğənninin yaxınlarından biri "Us Magazine”ə xəbər verib.
Asia adlı buldoq cinsindən olan iti ilə eyni yataqda yatan ekstravaqant müğənni səhər oyandıqda bədənində qırmızımtıl izlər olduğunu və qaşınma müşahidə edib.
Müğənni bu səbəblə heç vaxt yanından ayırmadığı itindən ayrılmalı olub.
.