
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs bir neçə gün əvvəl mediada yer alan "Sərvəti dodaq uçuqladan məşhurlar" adlı siyahıda adının birinci olmasına əsəbləşib.
ATVxəbər.az-ın məlumatına görə, siyahıdakı məlumatların səhv olduğunu deyən Tatlısəs, ona məxsus olan və gerçəkdən də dodaq uçuqladan sərvətinin siyahısını açıqlayıb:
Seyrantəpədə 1, 5 hektar ərazidə yerləşən böyük kabab restoranı
Televiziya binası
"Tatlısəs Şirkətlər Qrupu"nun binası
"By Tatlısesgiyim" şirkətinin mağazaları
"Alarko" yaşayış kompleksində bir villa
"Oyak" yaşayış kompleksində yerləşən binanın 3 mərtəbəsindəki bütün mənzillər
Şanlıurfada binanın bir mərtəbəsindəki bütün mənzillər
Şanlıurfada 3 hektar torpaq sahəsi
İzmirdə binanın bir mərtəbəsindəki bütün mənzillər
Hadımköy "Günişığı" yaşayış kompleksində 1 villa
1 ədəd lüks yaxta
2 ədəd sürətli qayıq
2 ədəd son model "Mercedes" marka avtomobil
3 ədəd son model "Jeep" markalı avtomobil
1 ədəd son model "Limuzin" markalı avtomobil
20 ədəd şirkət avtomobili
Bodrumda 48 mərtəbəli bina və 1 lüks villanın yer aldığı "Tatlıses Paradıse" yaşayış komleksi
Bodrumda 6,5 hekatr ərazidə yerləşən 26 otaqlı "Golo Beach" oteli
Bodrumda 6,5 hektar torpaq sahəsi
Kuşadasında 8 hektar ərazidə yerləşən 6 mərtəbəli 157 otaqlı "Tatlıses" oteli
İstanbulda 5 kabab restoranı
Televiziya kanalları