Məşhur amerikalı müğənni Ledi Qaqa seriala çəkilir.
Yenizaman.az-ın "anspress.com"-a istinadən məlumatına görə, "American Horror Story" ("Amerika Dəhşət Hekayəsi") serialının yaradıcı qrupu 5-ci mövsüm üçün qəhrəmanlarını təqdim edib. Bunlar arasında Ledi Qaqa ilk dəfə rol alır. Müğənni serialda kübar cəmiyyətin nümayəndəsi, eyni zamanda otel sahibi rolundadır. Hadisələr də elə bu oteldə cərəyan edir.
Serialda Ledi Qaqa təhlükəli qrafinya obrazındadır. Bu təhlükəli xanım törətdiyi qətilləri əlindəki metal əlcəklə həyata keçirir. İfaçının dediyinə görə, onun qəhrəmanı bir çox sınaqlardan keçib. Buna baxmayaraq o çox güclü qadındır.
Serialın mövsümü premyerası bu ilin oktyabr ayında baş tutacaq. Serialın birinci mövsümü isə hələ 2011-ci ilin oktyabrın 5-də təqdim olunub. Serialın hər buraxılışında maraqlı hekayələrdən söhbət açılır. Buna baxmayaraq aktyor heyəti hələ də dəyişməz olaraq qalır. Nəticədə isə tamaşaçılar eyni aktyorları müxtəlif obrazlarda və şəraitlərdə görür. Bu layıhə dəfələrlə "Emmi” və "Qızıl qlobus” o cümlədən ən yaxşı serial nominasiyalarına layiq görülüb.
.