ABŞ-ın məşhur teatr və film aktrisası Marqaret Uitton vəfat edib. 

AzNews.az "Daily Mail”ə istinadən xəbər verir ki, 67 yaşlı Uitton xərçəng xəstəliyindən əziyyət çəkib. Aktrisa Florida ştatının Palm Biç şəhərində yerləşən evində vəfat edib.

Uitton Pesilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. 1982-ci ildə onun Brodveydə debütü baş tutub. Aktrisa tamaşaçılara "Yüksək liqa”, "Yüksək liqa2”, "Simasız insan”,"Uğurumun sirri” filmləri, həmçinin "Mayami polisi:davranış şöbəsi” serialından tanışdır. 

.