Türkiyənin məşhur aktyorları, sevilən cütlük olan Halit Ergenç və Bergüzar Korel 10 il sonra eyni serialda rol alıblar. Aile.lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar uzun illərdən sonra Kanal D ekranlarında eyni serialda bir araya gələcəklər. H. Ergenç və həyat yoldaşı B. Korel "Vətənim sənsən” serialında tamaşaçılar qarşısına çıxacaqlar. H. Ergeç Cevdet, B. Korel onun böyük sevgi bəslədiyi Azize rolunu oynayacaq. Qurtuluş savaşına həsr edilən serialın rejissoru Yağmur-Durul Taylandır.

 

Xatırladaq ki, cütlük 2006-2009-cu illərdə Kanal D-də yayımlanan "Min bir gecə” serialında birgə kameralar qarşısına keçmişdilər. Onların sevgisi də elə həmin serialda başlamışdı və nikah masasında bitmişdi. Halit və Bergüzarın bir oğlan övladları var. 

.