
Tanınmış model və aparıcı Burcu Əsmərsoy işsiz qalmasından şikayətlənib.
Türkiyə mətbuatı xəbər verir ki, reklamlardan ən çox pul qazanan model kimi tanınan Burcu Əsmərsoy "ACE of M.I.C.E. Awards” mükafatlarının təqdimolunma mərasimində ilin maqazin bombasını partladıb. Aparıcı mükafatı təqdim etməzdən əvvəl "Əminəm ki, zalın yarısı ilə birlikdə çalışmışıq. Çalışmadıqlarımızla da ən qısa zamanda iş təklifləri alacağıma ümid edirəm" deyib.
Reklamlardan sərvətlər qazanan Burcunun bu hərəkəti iş istəməsi kimi qiymətləndirilib.
B.Əsmərsoy "ACE of M.I.C.E. Awards” gecəsində geyindiyi kürək dekolteli libası ilə heyranlıq doğurub.