Amerikalı aktrisa, Hollivud ulduzu Qvinet Peltrounun 41 yaşı olsa da, onun vücudu milyonlarla qadının həsəd "obyekt"idir.
TMZ-nin verdiyi məlumata görə, tanınmış aktrisa özünün Goop saytında vücudunun sirrini açıqlayıb.
"Hər şey rasionumla bağlıdır. Gündəlik qida limitim 300 kaloridir. Səhər yuxudan duranda otaq temperaturunda bir stəkan limonlu su içirəm. Bir saat sonra bitki çayı içirəm, iki saat sonra çayla birlikdə zəncəfilli çörək yeyirəm. Naharda yağsız, limonlu noxud və ya mərci şorbası, şam yeməyində də yağsız bitki salatı. Asan deyil, amma yaxşı vücud üçün belə yemək gərəkdir.
Süd və süd məhsulları, qlüten, balıqlar, emal edilmiş qidalar, soyalı məhsullar, kartof, pomidor, bibər, badımcan, şəkər, spirtli içkilər, kofein və qazlı içkilərdən uzaq durun", - Peltrou yazıb.
Mütəxəssislər isə belə rasionu çox təhlükəli hesab edirlər.
.