Nigeriyada "Boko Haram” terror qruplaşmasının silahlıları dünən iftar vaxtından əvvəl məscidlərə hücumlar təşkil ediblər.

Hadisə ölkənin şimal-şərqində yerləşən Borno vilayətində baş verib.

Hücumlarda 100-ə qədər adam həyatını itirib.

Adı yerli hausa dilində "Qərb tərzində təhsil qadağandır” anlamına gələn "Boko Haram” 160 milyon əhalisi ilə Afrikanın ən sıx ölkəsi olan Nigeriyanın şimalında 2002-ci ildə qurulub. .