Almaniya kansleri Fridrix Merz hesab edir ki, qarşıdan gələn 2026-cı il həm Almaniya, həm də bütövlükdə Avropa üçün həlledici ola bilər.
Bu barədə onun Yeni il müraciətində deyilir.
Müraciətin mətni Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən yayımlanıb.
Kanslerin sözlərinə görə, 2026-cı il Almaniya və Avropanın sülh, azadlıq və rifah dövrünə yeni güclə qədəm qoyacağı bir il ola bilər.
O, bu ili “irəliləyiş anı” kimi xarakterizə edib.
Fridrix Merz vurğulayıb ki, dünya sürətlə dəyişir və bu dəyişikliklər hər kəsə təsir göstərir.
Almaniyanın üzləşdiyi əsas çağırışlar sırasında o, Ukraynadakı münaqişəni qeyd edib və bildirib ki, bu münaqişə Almaniyanın və Avropanın azadlığı və təhlükəsizliyi üçün birbaşa təhdid yaradır.
