
Aktrisa Məryəm Uzerli iki mövsümdür davam edən reytinqli "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialına qatılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa çəkilişlərin ilk günü Tarık Ünlüoğlu ilə kamera qarşısına keçib. O, serialda rus mafiyasının "Suzan" adlı üzvünü canlandıracaq.
Məryəmin çəkilişlərdən ilk fotosu da artıq yayılıb.