Almaniya Yaxın Şərqdəki hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil.

Yenizaman "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Norveçə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, Berlinin İranın hücumları fonunda Hörmüz boğazında gəmilərin hərbi müşayiətinin təmin edilməsi imkanını nəzərdən keçirmək üçün heç bir əsası yoxdur.

"Almaniya bu müharibənin bir hissəsi deyil və onun bir hissəsi olmaq istəmirik", - o bildirib.

.