
Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobil kreditlərinin verilməsi şərtlərinin asanlaşması ilə bağlı hər hansı məsələni nəzərdən keçirmir.
"APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında AMB-nin baş direktoru Rəşad Orucov deyib.
"Hesab edirik ki, bazar yeni tələblərə adaptasiya olunaraq fəaliyyət göstərməlidir. Buna görə də bu, gündəlikdə olan məsələ deyil”, - deyə baş direktor bildirib.
.