Almaniyada bu gündən etibarən ayın sonuna qədər koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ciddi karantin rejimi tətbiq olunub.

“RİA Novosti” agentliyi xəbər verir ki, qərarı Almaniyanın kansleri Angela Merkel elan edib.

A.Merkel əlavə edib ki, ölkəsinin səhiyyə sistemi virusla mübarizənin öhdəsindən tam gəlsə də, artan xəstə sayının fonunda bir neçə həftə sonra bu imkanlar tükənə bilər.

Karantin rejimi fitnes-klub, teatr, turizm məkanları və insanların kütləvi toplandığı digər məkanların bağlanmasını nəzərdə tutur.

Lakin məktəblər və uşaq bağçaları qadağalardan kənar qalacaq, bərbərlər və dükanlar isə öz işini (məhdud sayda müştəri qəbul etmək şərti ilə) davam etdirəcək.

.