Əgər işdə güzəştlərə getmək ehtiyacı onun şəxsiyyətini "uzunsürən deformasiyaya” gətirib çıxararsa, Almaniya kansleri Angela Merkel istefaya gedə bilər.
"Die Welt” nəşri xəbər verir ki, bu haqda kanslerin özü məlumat verib.
Kanslerin sözlərinə görə, siyasətçi özünə həmişə bu sualı verməyə məcburdur: "Kompromis axtarışlarında nə qədər uzağa getməyə hazıram?”
Merkel hələ istefa vermək niyyətində olmadığını deyib.
Qeyd edək ki, 2017-ci ilin sentyabrında Almaniyada parlament seçkiləri olacaq. Yeni kanslerin kim olacağı seçkilərin nəticələrindən asılıdır. Merkelin Xristian-Demokratik İttifaqı seçkiqabağı kampaniyanın favoriti hesab edilir. Ancaq yüksək reytinq toplayan sosial-demokratlar Merkel üçün çətinlik yarada bilər.
