İsveçrədə xizək sürərəkən xəsarət alan və omba sümüyü çatlayan Almaniya kansleri Angela Merkel yeni ildə ilk dəfə ictimaiyyət qarşısına çıxıb. İki əlində əsa ilə hökumət binasında milad bayramı ilə bağlı proqrama qatılan Angela Merkel nə qədər gülməyə çalışsa da, üzündəki kədər jurnalistlərin gözündən qaçmayıb.
Almaniya kanslerinin səhhətində problem olmasına baxmayaraq uşaqlarla birgə dua proqramında iştirak etməsi isə ictimaiyyət tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilib.


.