Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yol ayrıcına çırpılıb.
 
Nəticədə, sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
 
Xilasedicilər K. Musayevin meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat saat 03:44-də başa çatıb.

.