Ukraynanın paytaxtı Kiyevdə müdafiə vəziyyəti elan olunub.
Korrespondet.net saytı xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko elan verib.
O, şəhər sakinlərindən su və ərzaq tədarükü görməyi, sığınacaqlarda gizlənməyi xahiş edib: “Şəhəri müdafiə etmək gücündə olan hər kəsi döyüşçülərə yardım etməyə çağırıram”.
Ukrayna Daxili İşlər Nazirliyi isə Ukrayna hərbçilərinin və döyüş texnikasının şəhərə daxil olduğunu, şəhər sakinlərindən texnikanın hərəkətini çəkməməyi xahiş edib.
.
