"Hazırda şəhər həyatının normal ritmini məhdudlaşdırmaq üçün heç bir tədbir görülmür".
Bunu Moskva meri Sergey Sobyanin Rusiya Prezidenti Vladimir Putinin Moskvada yüksək hazırlıq səviyyəsinin tətbiq edilməsi haqqında fərmanının icra edilməsi ilə bağlı deyib.
Moskva meri bildirib ki, iqtisadiyyatın sabitliyinin təmin edilməsi, təhlükəsizlik tədbirləri, qüvvə və vasitələrin əlaqələndirilməsi, mülki müdafiə, fövqəladə hallardan müdafiə və s. vəzifələr müvafiq federal və şəhər xidmətləri tərəfindən iş rejimi əsasında həll ediləcəkdir.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Federal Dairədə, o cümlədən Moskvada yüksək hazırlıq səviyyəsinin tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərman əsasında ictimai asayişin qorunması və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların texniki baxışının həyata keçirilməsi gücləndiriləcək.
.
