Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutub. Bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhfəsində bildirib.
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş başa çatdı, sabah Vaşıngtona gayıdıram” – həmsədr bildirib.
Qeyd edək ki, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Xarici işlər nazirləri məhdud çərçivədə və geniş tərkibdə görüşlər keçiriblər.
.
