Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının Ermənistanda keçiriləcək yığıncağına dəvət olunublar.
Virtualaz.org-un erməni xəbər agentliklərinə istinadən məlumatına görə, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib. Toplantı dekabrın 12-də İrəvanda keçiriləcək.
Xatırladaq ki, bu cür tədbirlərə dəvət siyasi və s. baxışlara fərq qoyulmadan bütün iştirakçı ölkələrə göndərilir və sırf standart protokol qaydalarına əsaslanır.
.
