“İmtahanların vaxt cədvəl iki il ərzində bizdən asılı olmayan səbəblərdən bir neçə dəfə dəyişilib. Bu cədvəl hazırlananda sınaq imtahanları üçün də zaman ayrılır. Amma bazar gününə məhdudiyyət qoyulanda bizim imtahan keçirmək imkanımız olmur. Ona görə bazar günü hansı imtahanı keçirməyi düşünəndə sınaq imtahanlarını çıxarıb qəbul imtahanını saxlayırıq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, gələn ilin yanvar ayından imtahanların vaxt cədvəli ictimaiyyətə təqdim ediləcək: “Yenə də bu cədvəldə hansısa dəyişiklik olsa, bu, bizdən asılı olmayacaq. Ümumi epidemioloji vəziyyət imkan versə, sınaq və qəbul imtahanlarının həm yaz, həm də yay sessiyası aparılacaq”.

Buraxılış imtahanlarının proqramları noyabrın sonunda dərc ediləcək

“Buraxılış imtahanlarının proqramları noyabrın sonunda dərc ediləcək. Ola bilsin hansısa mövzular əlavə olsun, hansısa çıxarılsın”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hər il DİM tərəfindən orta məktəb dərsliklərinin monitorinqi keçirilir: “Yeni dərslikdən sualları imtahana salmaq ixtiyarımız yoxdur. Biz proqramı yazanda baxırıq ki, həmin ilin məzunlarına hansı tələblər, hansı standartlar var. Əvvəlki standartlarda oxuyan şagirdlərə yeni standartlarla bağlı sual sala bilmərik. Məsələn, kurrikulum 2009-da qəbul olmuşdu, yalnız 2019-cu ildə artıq həmin proqramla oxuyan şagirdlər XI sinfi bitirəndə biz bu standartla bağlı sualları tətbiq etdik. Baxmayaraq ki, 2012-ci ildən şagirdlərin kompitensiyalarının tələblərə uyğun olub-olmadığı ilə bağlı monitorinq imtahanları keçirirdik. Hər il I-XI siniflər üzrə istifadədə olan dərsliklərin monitorinqi aparılandan sonra qəbul proqramı elan edilir”.

DİM sədri: "Pandemiya şərtləri imkan versə, qəbul imtahanlarında həm yaz, həm də yay sessiyası keçiriləcək"

“Pandemiya şərtləri imkan versə, gələn il qəbul imtahanlarında həm yaz, həm də yay sessiyasını keçirmək istəyirik. Hər iki sessiyada Coğrafiya fənnindən də imtahan keçirmək fikrindəyik”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ötən il Coğrafiya üzrə qəbul proqramı çox asanlaşıb: “Pandemiyanın təsiri əsasında bütün fənlərdə müəyyən dəyişiklik etmişdik ki, daha asan olsun. Amma iqtisadi rayonların yeni bölgüsü ilə bağlı sərəncam iyulun 7-də olub. İmtahan keçirdiyimiz dövr idi, həmin xəritələri dəyişə bilməzdik. Coğrafiya dərsliklərində də hələ fakt öz əksini tapmamışdı. Bununla əlaqədar keçən imtahanlarında Azərbaycanın iqtisadi bölgüsü ilə bağlı sual salmamışdıq. Hazırda proqramlar müzakirə olunur. Yeni xəritələr üzərində Təhsil Nazirliyində də iş aparılır. Bu, ictimaiyyətə təqdim olunacaq. Bizim materiallar da yəqin ki, ilin sonuna qədər dərc olunacaq və qəbul proqramlarında yeni iqtisadi rayonlarla bağlı məlumatlar əks olunacaq”.

DİM sədri: "III qrupda bütün ixtisaslar üzrə coğrafiya fənnindən imtahan nəzərdə tutulmayıb”

“Gələcəkdə III qrupda bütün ixtisaslar üzrə coğrafiya fənnindən imtahan salınması nəzərdə tutulmayıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, I ixtisas qrupunda informatika əlavə fənn olacaq: “Amma yenə də ixtisaslar III qrupdakı kimi iki altqrupa bölünəcək. Kim yalnız beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasını seçmək istəyirsə, bir dəfə imtahana gəlib ana dili, coğrafiya, tarix fənlərindən imtahan verə bilərlər. Onlar yalnız bu ixtisasları seçə bilərlər”.

DİM sədri deyib ki, eyni məntiq I qrupda da olacaq, kim yalnız informatika ixtisasını istəyirsə, riyaziyyat, fizika və informatikadan imtahan verə bilər: “Amma onlar seçim imkanlarını məhdudlaşdırırlar. Kimsə I qrupda yalnız kimya üzrə seçim edəcəksə, onlar ənənəvi olaraq, riyaziyyat, kimya və fizikadan imtahan verəcək. Bütün bunlar abituriyentlərin öz istədiklərindən asılıdır”.

M. Abbaszadə onu da əlavə edib ki, coğrafiya ilə bağlı dəyişiklik 2022-2023, informatika ilə bağlı dəyişiklik isə 2023-2024-cü tədris ilindən tətbiq ediləcək.

Məleykə Abbaszadə: "III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq"

III ixtisas qrupu üzrə ali məktəblərə qəbul qaydalarında dəyişikliklər bu qrupda müsabiqə vəziyyətinə təsir etməyəcək. III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bir növ III qrupda gərginlik aşağı düşəcək: “300 baldan yuxarı bal toplayıb kənarda qalan abituriyentlər üçün vəziyyət yaxşılaşacaq. Yüksək reytinqli ixtisaslarda isə vəziyyət olduğu kimi qalacaq”.

DİM sədri: "Növbəti qəbul imtahanında I ixtisas qrupunda İnformatika fənni olmayacaq"

“Növbəti qəbul imtahanında I qrup imtahanlarında informatika fənni olmayacaq. Bu dəyişiklik 2023-2024-cü tədris ilindən tətbiq olunacaq".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, İnformatika fənninə aid qəbul proqramı üzərində işlər aparılır: “Bu proqramı elə nəzərdə tutmuşuq ki, imtahan birinci il yalnız kağız daşıyıcı əsasında olacaq, gələcəkdə, 1-2 il sonra əlavə fənn kimi tətbiq olunacaq, kompüter vasitəsilə il boyu keçiriləcək. Müəyyən planlarımız var, bunu Təhsil Nazirliyi ilə müzakirə edirik. Növbəti qəbulda I qrup imtahanlarında fənlərin sırasında İnformatika olmayacaq, amma gələn ilin martında, bəlkə də daha tez bu fənn üzrə qəbul proqramı ictimaiyyətə təqdim olunacaq”.

.