Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı valideynlərə müraciət edib.
O, ixtisas seçimində kənar şəxslərin köməyindən istifadə olunmasının mənfi nəticələr verdiyini diqqətə çatdırıb.
DİM rəhbəri ixtisas seçimi üçün kitabçaların hazırlandığını və orada ixtisaslar, plan yerləri və ötən il üzrə keçid balları öz əksini tapıb. Bu vəsaitlərdən istifadə etməklə doğru ixtisası seçmək mümkündür.
"Valideynlərə müraciət edirəm ki, ilk növbədə uşaqların istəklərini öyrənin, ondan sonra birgə seçim edin", - o qeyd edib.
.