Bakıda 17 yaşlı orta məktəb şagirdi bıçaqlanıb.

"Report” xəbər verir ki, hadisə Nərimanov rayonundakı 82 saylı orta məktəbdə qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Salmanov Veysəl Ramiz oğlu orta məktəbdə mübahisə edərkən bıçaq xəsarəti alıb.

Onun kim tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
.