
Aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılıb.
Şagirdlərin yerdəyişməsi www.sy.edu.az elektron sistemi üzərindən həyata keçirilib.
Qeyd edək ki, 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi 25 fevralda aktiv edilmişdi. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, 1-8 və 10-cu sinifləri əhatə edirdi.
.