Meksikada “Pfizer” peyvəndi vurulan 32 yaşlı həkim, qıcolma, nəfəs darlığı və beyin iltihabı ilə reanimasiya şöbəsinə yerləşdirilib.

RİA Novosti xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Həkimin səhhəti peyvənd vurulduqdan yarım saat sonra pisləşib. Hazırda peyvəndin doğurduğu reaksiyanın hadisənin səbəbləri araşdırılır. İlkin diaqnoz kimi ensefalomiyelit (onurğa beyində və ya beyində iltihab) göstərilir. 

Xəstənin vəziyyətinin stabil olduğu bildirilib. Qeyd edək ki, sözügedən həkimin əvvəllər də bir sıra dərmanlara qarşı allergik reaksiyaları olub.

.