Bu ilin əvvəlindən Meksikada müşahidə olunan «donuz qripi» (A/H1N1) epidemiyası 421 nəfərin həyatına son qoyub.
Bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, ümumilikdə isə qripə yoluxmuş insanların sayı təxminən 3,7 min nəfərə çatıb. Ölənlərin əksəriyyəti - 390 nəfər «donuz qripindən» dünyasını dəyib.
Qeyd edək ki, Meksikada virusun ilk yayılma hallarına 2009-cu ilin aprel ayında rast gəlinib və həmin vaxtdan həkimlər onu «donuz qripi» adlandırıblar. Həmin xəstəlik əvvəllər yalnız donuzlarda müşahidə olunurdusa, sonradan qripin simptomları insanlarda da qeydə alınmağa başlayıb. Qısa müddət ərzində bu xəstəlik bir çox ölkəyə yayılıb.
.
