Meksikada baş vermiş ağır yol-nəqliyyat hadisəsində 9 nəfər ölüb.

Yenizaman.az "Ren TV"ə istinadən xəbər verir ki, bu barədə yerli mülki müdafiə xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, fəhlələri daşıyan mikroavtobus Autlan və El-Qrulyo şəhərləri arasındakı körpüdə çevrilib və su anbarına aşıb.

Hadisə nəticəsində həmçinin 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Təhqiqat aparılır.
.