
Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova illərdir gizli saxladığı sirrini etiraf edib.
AzNews.az xəbər verir ki, sənətkar bu barədə özünün "instaqram” səhifəsində yazıb.
O,ictimaiyyətə qızı kimi təqdim etdiyi Ayselin onun deyil, bacısının övladı olduğunu bildirib: "İlk dəfə şəxsi həyatımla bağlı sirrimi xalqımla bölüşürəm. Bütün Azərbaycan xalqı bilir ki, mənim bir qız övladım var. Aysel mənim rəhmətlik bacım Sevda Xanlarovanın yadigarıdır. Hər kəs mənə sual verir ki, Mehriban xanım niyə bu sirri açdınız? Sadəcə, istədim sağ ikən insanlar bunu məndən eşitsin. Dünyanın işini bilmək olmaz. Bu gün varıq, sabah yoxuq”.
M.Xanlarova bu sirri açmaqdan utanmadığını və bir kimsədən çəkinmədiyini vurğulayıb: "İstəmirəm mən dünyamı dəyişəndən sonra haqqımda artıq-əskik danışsınlar. Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Aysellə münasibətimiz əladır”.